Ara sözlər
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn:
Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun)
Bəlkə, bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ salamat qal.
(Məmməd Araz)
Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur.
== İfadə forması ==
=== Söz şəklində ===
Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr.
=== Söz birləşməsi şəklində ===
Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.